Ağ gəlinlikdə

Son güncelleme:
  • Bir gün bir qız gördüm vuruldum ona
    Uşaq idik mən oynayırdım topla
    O da bir gəlinciklə
    Onu sevdim təmiz bir ürəklə
    Onu görmək istəyirdim Ağ gəlinlikdə!

    Bir böyüdük bir məktəbə getdik
    Bir-birimizi daha çox sevdik
    Bir gün rəsm dərsində
    Mən maşın çəkdim
    O da qız çəkdi Ağ gəlinlikdə!

    Vaxt çatdı ata-anam getdi elçiliyə
    Verdilər onu nişanımız oldu sevgilimlə
    Onu gördüm qırmızı gəlinlikdə
    Yaxınlaşdı mənə az qalıb dedi:
    Görəcəksən məni istədiyin geyimdə
    Nə bilərdim görməyəcəm mən onu Ağ gəlinlikdə!

    Zəng elədi bir gün anam mənə
    Ağlaya-ağlaya dedi mənə
    Etibar yox imiş sənin sevgilinə
    Bizləri o atıb getdi
    Dedi:bala sevgilin qəzaya düşüb gedib rəhmətə
    Ona qismət olmadı görəsən onu Ağ gəlinlikdə!

    Gəlmişəm qəbir üstünə mən sevgilimin
    Mən indi sənsiz nə edim?
    Onunla danışıram YOX dəli olmamışam
    O yaşayır mənim ürəyimdə
    Ey sevgilim anana da salam söylə
    O da dözməyib sənin yoxluğuna
    Bu dünyadan köçdü ağ kəfən ilə
    O köçsə də bu dünyadan ağ kəfən ilə
    Sən köçmüsən mənim üçün Ağ gəlinlikdə!

    alıntı
0 0 0