Könlümü

Son güncelleme:
  • Sən heç böyümədin...sözlərinə bax,
    Böyüdən oldumu bala könlümü?
    Nə vaxt uzaq oldu bəladan, uzaq,
    Nə vaxt tutmadı ki, bəla könlümü...

    Nə vaxt istəmədim aça yaz kimi,
    Saça, ətir saça, saça yaz kimi.
    Bir gün də birisi qara saz kimi,
    Basa sinəsinə, çala könlümü...

    Üzünü yamaca, yala saldılar,
    Yaman dağa-daşa, kola saldılar.
    Elə, aldatdılar, yola saldılar,
    Gətirən oldumu yola könlümü...

    Çıxardım min cürə savaşdan belə,
    Qurtardım min qorxu, təlaşdan belə.
    Neynirəm bu yaşdan, bu başdan belə,
    Kim ata, kim tapa, bula könlümü...

    Kimlərin fəndinə, felinə düşdü,
    Kimlərin ağzına, dilinə düşdü.
    Axır ki, sənin də əlinə düşdü,
    Sən də barmağına dola könlümü..

    alıntı
0 0 0