Barışmamış imkansızdı

Son güncelleme:
  • Səbəb var ki ayrılmışıq
    Qovuşmamız imkansızdı
    Bir birimizi qırmışıq
    Barışmamız imkansızdı

    Görməmişəm eşqdən ölən
    Qürurumdu öndə gələn
    Başqasından sevgi dilən
    Barışmamız imkansızdı

    Bizi bir yerdə görərlər
    Barışmışıq zənn edərlər
    Sözü bir dəfə deyərlər
    Barışmamız imkansızdı

    Məndə deyil axı günah
    Boşuna çəkmişəm qəm,ah
    Nə bu gün nədə ki, sabah
    Barışmamış imkansızdı

    İçimi yandırdı közün
    Bezdim oldu axır sözün
    Ayrılığı seçdin özün
    Barışmamız imkansızdı

    alıntı
0 0 0