Bağırsaq disbakteriozu

Son güncelleme: 27.12.2014 15:03
  • İnsanın bağırsağında xeyli sayda həm “yaxşı”, həm də “pis” mikroorqanizmlər yaşayırlar. “Yaxşı” mikroorqanizmlər (əsasən: lakto- və bifidibakteriyalar, bağırsaq çöpləri) orqanizmin normal fəaliyyəti üçün çox vacibdir.

    Onlar orqanizm üçün vacib hesab edilən qida maddələrinin həzm edilməsi və mənimsənilməsi prosesində, immun sisteminin qurulmasında, toksinlərin, kanserogen (xərçəng əmələ gətirən) maddələrin, ağır metal duzlarının orqanizmdən xaric edilməsində, mədə-bağırsaq sisteminin selikli qişasının zərərli mikrobların hücumundan “qorunmasında” iştirak edirlər. “Pis” mikroorqanizmlər isə bunun əksinə olaraq, orqanizmə zərər vura bilərlər. Ancaq “yaxşı” mikroorqanizmlərin sayı xeyli üstün olduqda, onlar “pis” mikroorqanizmlərin sayının artmasının qarşısını alaraq öz vəzifələrini müvəffəqiyyətlə yerinə yetirirlər. Bu tarazlıq “pis” mikroorqanizmlərin xeyrinə dəyişdiyi halda isə insan orqanizmi xeyli dərəcədə əziyyət çəkməyə başlayır.

    Beləliklə, bağırsaq disbakteriozu – bağırsaqda “yaxşı” mikroorqanizmlərin sayının kəskin şəkildə azalması və “pis” mikroorqanizmlərin sayının isə xeyli dərəcədə artması zamanı yaranan haldır.

    Disbakterioz zamanı bağırsaqda qida maddələrinin kifayət dərəcədə parçalanması və mənimsənilməsi normal şəkildə gedə bilmir. Bu zaman kifayət qədər həzm olunmayan qida kütlələri bağırsaqda çürüməyə başlayır ki, bunun da nəticəsində xeyli miqdarda toksinlər və zəhərli maddələr əmələ gəlir. Bağırsaq divarından qana sorulan bu toksinlər və zəhərlər qan dövranı ilə bütün orqanizmə yayılır. Tədricən orqanizmin xroniki intoksikasiyası (zəhərlənmə) baş verir, maddələr mübadiləsi pozulur, bir çox orqan və sistemlərin iltihabi xəstəlikləri inkişaf edir. Allergiya, ekzema, bronxial astma, yoğun bağırsağın xərçəngi və digər təhlükəli və ağır xəstəliklərin əsas səbəblərindən biri də bağırsaq disbakteriozudur.

    Bağırsaqda olan xeyirli mikroflora immunoqlobulinlərin və interferonun istehsal olunmasında iştirak edir. Buna görə də xeyirli mikrofloranın sayının xeyli azalması zamanı immunitetin də zəifləməsi baş verir. Bu zaman insan daha tez-tez və uzun müddət ərzində soyuqdəymə və digər infeksion xəstəliklərə düçar olur ki, onlar da müxtəlif fəsadlara səbəb olurlar.

    Disbakteriozlar zamanı orqanizm üçün vacib hesab edilən qida maddələrinin həzm edilməsi və sorulması prosesi pozulur. Bunun da nəticəsində anemiya, hipovitaminozlar (vitaminlərin çatışmazlığı), vacib mikroelementlərin kifayət qədər mənimsənilməməsi baş verir (məsələn, kalsium çatışmazlığı nəticəsində osteoparoz – sümüklərin kövrəkliyi baş verir).

    Bağırsaq disbakteriozu 21-ci əsrin əsas sosial xəstəliklərindən biri hesab olunur. Mütəxəssislərin hesablamalarına görə Yer kürəsinin böyük yaşda olan əhalisinin təxminən 90%-i bu xəstəliyə düçar olmuşdur.

    alıntı

    https://www.main-board.com/saglamliq/791813-disbakteriozun-elametleri.html#post5178135
#27.12.2014 15:03 0 0 0