Bruksizmin səbəbləri nələrdir?

Son güncelleme: 27.12.2014 16:16
  • Bruksizm — (Diş gıcırdatma) ümumiyyətlə, yuxu əsnasında şüursuz bir şəkildə dişləri sıxaraq edilən bir hərəkətdir. Bu, normal olmayan bir haldır və olduqca narahat edici bir səs yaradır. Bu vərdiş yuxuda baş verdiyi üçün həmən insan tərəfindən hiss olunmur.

    Bruksizmi olan insanların özlərindən asılı olmayaraq dişlərinə tətbiq etdiyi bu güc, o insanların 100-də 5 və 10 % hissəsində dişlərdəki plombların və dişlərin qırılması kimi zərərlərlə nəticələnir, bir qisimi çənə oynağı disfunksiyasından şikayətçi olur, bir qismi də səhərlər səbəbsiz başağrısı və əzələ ağrıları çəkirlər.

    Bruksizmin psixoloji və fiziki bir çox səbəbi ola bilər. Bunlar arasında ən əsas olanı və öndə gələni stressdir. Stressin artdığı dövrlərdə bruksizm də şiddətlənir.

    Uşqalarda diş qıcırdatması

    Uşaqların da yuxu əsnasında dişlərini qıcırdatdıqları valideynləri tərəfindən söylənilən rahatsızlıqlardan biridir. Hatta bu hala təkcə yuxuda deyil, bəzən gün ərzində də rast gəlinir. Əslində hər uşaq süd dişləri çıxardığı dövürdə dişlərini qıcırdatır. Bu diş qıcırdatmaları nəticəsində, xüsusilə, süd köpək dişləri və kəsici dişlərdə yüngül sürtünmələr, aşınmalar görülə bilər. Əgər erkən yaşlarda qoruyucu müalicələr edilməzsə, həm dişlərdə həm də çənə oynağında qalıcı zərərlər meydana gələ bilər.


    Bruksizmin əlamətləri nələrdir?

    Ən bariz simptom — ağrıdır. Xüsusilə, üzdəki əzələlərdə, oynaq yerində (temporamandibular oynaq) baş və boyun bölgəsində yaranan ağrılardır. Diş qıcırdatmasının yarandığı ağrı əzələdən qaynaqlanır. Bu ağrı, çeynəmə əzələlərindəki spazmlara bağlı olaraq ortaya çıxar.
    Həddən artıq diş gıcırdatma hallarında dişlərin çeynəmə səthlərində aşınma görülür. Bəzi xəstələr səhər oyandıqlarında ağızlarında qum olduğunu hiss edər və bu hal da qıcırdatmadan sonra aşınmış, sürtülmüş diş parçalarının yaranmasından meydana gəlir.

    Davamlı bir-birinə sürtünən dişlərin minaları zərər görür və dişlərin boyları qısalır. Dişlərin sürtünməsi nəticəsində, xəstənin burun və çənə ucu arasındakı məsafə azalaraq estetik problemlərə gətirib çıxarır.

    Bruksizmin səbəbləri nələrdir?

    Ümumiyyətlə, bruksizm bir neçə faktorun bir araya gəlməsindən yaranır. Bunlar dental, sistematik və psixoloji problemlərdir. Dental (dişlə əlaqəli) səbəblər, yüksək və ya olması lazım olandan aşağı səviyyədə edilmiş plomb və ya protez dişlərdəki uyğunsuzluqlar.

    Sistemik faktorlar isə, qeyri-kafi bəslənmə, bağırsaq parazitləri, allergiya və endokrin pozuqluğu ola bilər.
    Əgər bağırsaqlar dolu isə, gərginləşən bağırsaq divarından qalxan xəbərdarlıqlar beyində həzm kanalının fəaliyyətini başladar. Bağırsaq sıxılması artar, həzm fermentləri ifraz olunur, mədə turşusu artır, tüpürcək axışı artar, çeynəmə əzələləri sıxılar və ya daha asan sıxılar hala gəlir. Bunun nəticəsində diş gıcırdatma ola bilər.

    Psixoloji faktorlar isə gündəlik stresslə bağlı və ya şəxsi çətinliklərlə əlaqəli ola bilər. Ayrıca, emosional stress, güclü peşmanlıq hissi, obsesion, yuxusuzluq, hər cür gərginlik halı diş gıcırdatmaya səbəb ola bilər. Bunda insanın xarakteri mühüm əhəmiyyət daşıyır. Agressiv, tələskən, vasvası insanlarda bu hal daha tez-tez görülür.

    Bruksizmin müalicəsi

    Xəstəliyin müalicəsində iki şey çox əhəmiyyətlidir: müalicə olunmaqla yanaşı stressdən xilas olmaq, ikincisi, dişləri qoruma altına almaq. Qorunmak üçün fərddən fərdə dəyişən slikon vallar istifadə edilir. İnsanın ağız ölçüsünə görə xüsusi olaraq hazırlanan bu vallar gecə yatarkən taxılır. Bu slikon vallar sayəsində bruksizmin qarşısını almaq olar.

    alıntı
#27.12.2014 16:16 0 0 0