Qaranlıq gecədə

Son güncelleme: 29.12.2014 21:15
  • Qaranlıq gecədə, yağış altında
    Gəzir küçə ilə tək-tənha bir qız.
    Bu qoca şəhərin boş yollarında,
    Yoxdur bir kimsəsi, qalıbdır yalqız.

    noimage

    Göylər guruldayır, ildırım çaxır
    Yağış damlaları isladır qızı.
    O məhzun, kədərli ətrafa baxır,
    Seyr edir yağışlı, çılğın payızı.

    noimage

    Sanki bu gözəlin nakam sevgisi
    Uca göylərə də gedib çatıbdır.
    Hər tərəf qaranlıq... Yas nişanəsi,
    Təbiət bu dərddən xəbər tutubdur?!

    noimage

    Qızın yağan yağış damlalarıyla,
    İslanır saçları, əyni yaş olur.
    Tənha bir ağac ki, yol kənarında
    Qıza ümid yeri bir sirdaş olur.

    noimage

    Söykənir ağaca,çökür aşağı,
    Danışır bəxtindən, öz taleyindən.
    "Ey ağac, günahsız bir qız uşağı,
    De, niyə ayrılıb öz sevdiyindən???"

    noimage

    Ağac dilə gəlir:"Mən də sənin tək,
    Məni yarpağımdan ayırdı payız.
    Dünya belə gəlib, belə gedəcək
    Həmişə aldadan, qəddar, insafsız..."

    noimage

    İncimiş bir qızın baxışları tək,
    Təbiət tutqundu,təbiət küskün.
    "Varmı bu dünyada görən mənim tək,
    Həyatı məhv olmuş, taleyi miskin..."

    noimage

    Göylərin yağışı kəsilən zaman
    Hər tərəf sükuta qərq olur bir an,
    Dincəlir buludlar, susur asiman.
    Sanki boğulurdu qəhər içində
    Dərin uyqudaykən hər tərəf,hər yan,
    Tək bu qız oyaqdı, şəhər içində...

    noimage
#29.12.2014 21:15 0 0 0