Gözəl dostum niyə belə qəm çəkirsən,
Bilmirsənmi hər anında yanındayam?...
Axı niyə tənha qaldım söyləyirsən,
Ölmüşəmmi səni qəmgin,tək buraxam...
Yanındayam hər anında unutma sən,
Axı dostlar bir-birin tək buraxmazlar...
Tənha qoysaq,ayrı qalsaq bu dostluqdan,
Onda bunun adını heç dost qoymazlar...
Söz vermişik ölüməcən dost qalmağa,
Əziz dostum bu dostluğun qədrin bilək...
Çox paxıllıq eləyən var bu dostluğa,
Çün düşmandan dostluğu qoruyaq gərək...