Sadəcə sevgi üçün

Son güncelleme: 31.12.2014 05:04
  • Səni sevirəm
    Gözüm, qulağım, qəlbim, ağlım hamısı səndə
    Səndən ayrılmaram istəsəmdə, istəməsəmdə...
    Xəyalın hər an könlümdə, gözlərimdə,
    Səni sevirəm istəsen də istəməsən də...

    Sevdinsə

    Sevdinsə beş il nə on beş il nədir?
    Bütün ömrün boyu gözləyəcəksən.
    Nə boyda zülm etsə sevgilin sənə,
    Sevdinsə "hər zülmə döz" deyəcəksən.

    Sevdinsə kölgəyə dönüb hər zaman,
    Sən onu hər yerdə izləyəcəksən.
    Sevdinsə qəm içib dərd udacaqsan.
    Onu unutmağı unudacaqsan.

    Zərərin xeyirdir, xeyirin zərər,
    Sevdinsə günahın içində haqsan.
    Onu unutmaga çalışsan əgər?
    Sən özün özünü unudacaqsan.

    noimage

    Son dəfə səni görməyə gəldim

    Bədd dua etmərəm, qıymaram sənə.
    Üzündəki təbəssümü görməyə gəldim.
    Baxıb ağlama qərib halıma,
    Bir qədəh içkini dadmağa gəldim.
    Sevinclər sənin olsun solmasın üzün,
    Gözlərinə son dəfə baxmağa gəldim.
    Amma ürək dözməz belə bir acıya,
    Susdurun bu səsləri ölməyə gəldim.
    Toyunda canıma qıymağa gəldim...

    noimage

    Həsrətindəyəm

    İllər xəstəsiyəm sənin eşqindən,
    Sənin hicrindən və gözlərindən.
    Aylar keçsə də, vaxtım ötsə də,
    Yenə də sənin həsrətindəyəm.

    Həmdəm-xəyal olub uçsam göylərdə
    Səhnəyə çıxıb oxusam yenə
    Kimnənsə ğülüb danışsam belə
    Onsuz da sənin həsrətindəyəm.

    Gözümün yaşı sel kimi axsa,
    Ürəyimin içi gül kimi solsa
    Ömrümün fəsli sona çatsa da
    Bil ki sənin həsrətindəyəm...

    noimage

    Səni məndən sorsalar
    Mənə bir gün onu unut desələr,
    Unutmaram o mənim hər şeyim deyərəm,
    Bezmədinmi bu sevgidən desələr
    Onu bilmirem, sevən qəlbimdir deyərəm.
    Amma başqasını sevir desələr,
    Acıyaraq sadəcə vəfasızdır deyərəm

    noimage

    Gül
    Kimsə sənə gül verir, mənasını bildirir.
    Gül aldığın hər zaman, gör gül verən nə deyir.
    Çəhrayı gül verirsə, məhəbbətin bildirir,
    O, gizli məhəbbəti bu gül ilə bildirir.
    Qırmızı gül verirsə, səni sevirəm deyir,
    Səninlə əbədilik həyat qurmaq istəyir.
    Bənövşəyi verirsə, fikrin ilə yaşayır.
    Əgər ağ gül verirsə, onda öpür, ayrılır.
    Sarı gülü verirsə, sənə nifrət bəsləyir.
    Səni aldatmaq üçün hər an sevirəm deyir

    noimage

    Qəlbimdəki hislər ilə!

    Gah yuxuda, gah röyada
    Gecələr də, gündüzlər də
    Yalnız səni mən görürəm
    Qəlbimdəki hislər ilə!

    Elə bil ki, mənimləsən
    Qelbimdəsən, könlümdəsən,
    Başqa heç nə düşünmürəm
    Qəlbimdəki hislər ilə!

    Zaman necə dəyişibdir,
    Varlı-kasıb hər zaman var
    Amma onlar arasında məsafəmi,
    Nə vaxtdan var
    Bunu necə duyum, görüm,
    Qəlbimdəki hislər ilə!

    Həyatda sevinc olanda,
    Elə bil ki, yanımdasan
    Kədərli, qəmli anımda
    Sən yenə də, yanımdasan
    Səni necə sevməyim mən
    Qelbimdəki hislər ilə!

    Gördüm sevib-sevilirik
    Necə də gözəldir ALLAH!
    Mənə deyir, mən səninəm
    Sən də mənim, nə məsləhət?
    Röyada gördüyümü də,
    Gerçəklikdə sanıram mən
    Qəlbimdəki hislər ilə!

    Qaynar hislər, eşq alovu
    Heç vaxt sönməz, yaşayacaq
    Məhəbbətdən ayrılanda
    O sürətlə qocalacaq
    Niyə axı qocalmasın
    Qəlbimdəki hislər ilə!

    Sevinc gözəl, kədər acı
    Ancaq ömür gerçəklikdir
    Sevincimə sevinc qatıb,
    Kədərinə kədərlənən
    Daim üzü gülən mənim
    Ey sevdalım, qaranquşum
    Səni necə sevməyim mən
    Qəlbimdəki hislər ilə!
    Səni necə sevməyim mən
    Qəlbimdəki hislər ilə!
#30.12.2014 22:19 0 0 0
#31.12.2014 05:04 0 0 0