Boy uzunluğunun sağlamlığa təsiri

Son güncelleme:
  • Boy uzunluğu bir çox sağlamlıq problemiylə əlaqələndirilir. Nə qədər uzun, ya da qısa olduğumuzla bağlı olaraq müəyyən xəstəliklərə meylliliyimiz vardır.

    Səhərlər axşama nisbətən daha uzun olduğunuzu bilirdinizmi? Bunun səbəbi gün ərzində onurğalar arasındakı məsafənin azalmasıdır. Bu azalma boyunuzu təxminən 1 sm qısalda bilər.

    Əgər boyunuzda məmnun deyilsinizsə və daha uzun boylu olmaq istəyirsinizsə, təkrar düşünün. Boy uzunluğunun görünüşünüz mövzusunda mühim rol oynadığı haqqında həmfikirik. Ancaq boy uzunluğunun ürək-damar xəstəliklərdən Altshaymer xəstəliyinə qədər bir çox sağlamlıq problemi ilə əlaqəli olduğunu bilirdinizmi?
    Son araşdırmalar göstərmişdir ki, bəzi xəstəliklər müəyyən boy uzunluğunda olan insanlara daha çox təsir edir.
    Boy uzunluğunun müəyyən xəstəliklər üçün necə risk təşkil etdiyi hələ anlaşılamasa da, bir neçə xəstəliklərin inkişafında risk amili daşıdığı müəyyən olmuşdur.

    Uzun boylu insanlarda görülən sağlamlıq problemləri

    Xərçəng

    Amerikan Xərçəng Cəmiyyətinə (American Canser Society) görə, bir qadının orta hesabla yaşadığı müddətdə xərçəng riski 38.2%-dir. Araşdırmalara görə boy uzunluğundakı hər 10 sm-lik artım böyrək, düz bağırsaq, qan və qalxanabənzər vəzi xərçəngi riskini 23%-dən 29%-ə çıxararkən? dəri, döş, yumurtalıq və qalın bağırsaq xərçəngi riskini 13%-dən 17%-ə çıxarır.

    2008-ci ildə tədqiq olunan başqa bir çalışmalarda uzun boylu kişilərdə aqressiv prostat xərçəngi inkişafı riskinin daha çox olduğu təsbit edilmişdir. Elm adamları uzun boylu insanlarda hüceyrə sayının daha çox olması və orqanlarının daha böyük olması səbəbiylə bu insanların daha yüksək risk altında olduqlarını hesab edirlər. Qidalanma vərdişləri, böyümə hormonlarının sekresiyalanması və ekoloji faktorlar də uzun boylu insanlarda daha çox xərçəng riskinin bir səbəbi ola bilər.

    Stress travmaları

    Artmış sümük uzunluğuna görə hündür boylu insanlar stress travmalarına qarşı daha zəif, həssas, müdafiəsiz olurlar. Çünki uzun boylu insanların özlərini orta boyda olan insanlar üçün hazırlanmış avadanlıq görə nizamlamaları lazımdır. Yəni, uzun boylu insanlar tez-tez stress travmalarından şikayətçi olur ki, bunlar iç'risində ən çox rast gəlinən əl biləyində sinir sıxışması olan Karpal Tunel Sindromudur. (Carpal tunnel syndrome, CTS barmaqlarda uzun müddət davam edən ağrı və keyliyə səbəb olan nevroloji xəstəlik)

    «Epikondilit» və ya «tennisçi dirsəyi», sümüklər və əzələlər arasındakı tendon (vətər və ya toxuma) iltihabları, əzələ və sümüklərə təsir edən digər hallar uzun boylu insanlara daha çox təsir edir. Aşağı kürək ağrısı da bu insanlara təsir edən digər bir problemdir.
    Araşdırmalra görə boyu 180 sm-dən uzun insanların bir yol qəzasında xəsarət riskləri, digər şəxslərə görə 27% çoxdur. Uzun boy bu adamları travmatik qəzalara qarşı daha müdafiəsiz hala gətirir. Ayrıca, avtomobildəki qoruyucu cihazlar da orta boylu insanlar üçün hazırlanmış olduğundan bu cihazlar uzun boylu insanlar üçün yaxşı işləməyə və onları narahat edə bilər.

    alıntı
0 0 0