Vəfasız sevgilim

Son güncelleme: 03.01.2015 21:36

  • Bu dünya göstərib mənə hər üzü,
    Xatirələr şirin, acı qalıbdır.
    Yadımda o qızın gülümsər üzü,
    Bir də dalğalanan saçı qalıbdır.

    noimage

    Unutmaram onla keçən hər anı,
    Vəfasızlıq edib vurdu aranı,
    Qəlbimə vurduğu ağır yaranın,
    Hələ intiqamı, öcü qalıbdır.

    noimage

    Şeytanmış mələk hesab etdiyim kəs,
    Yolumuz ayrılıb, bir də görüşməz.
    Intiqam almağa nə canda həvəs,
    Nə də ki, qolumun gücü qalıbdır.

    noimage

    Yuxudaydım, ayılanda gec oldu,
    Taleyimin yolları çox kəc oldu.
    O gedəni ürəyim iflic oldu,
    Keyi açılmayıb, qıcı qalıbdır.

    noimage

    01 may 2012

    Müəllif : Həmid Piriyev
#03.01.2015 21:36 0 0 0