Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 129 Günden beri Online
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Bilmirəm, unuda bilmirəm səni
Bilmirəm, unuda bilmirəm səni
184
Son güncelleme: 03.01.2015 22:10
SU-PERISI
Xuraman Vefa
Sən ki, qərarını verib getmisən,
Bəs niyə unuda bilmirəm səni?
Məni ürəyindən silib getmisən,
Bəs niyə unuda bilmirəm səni?
Talanıb eşq adlı sərvətim, varım,
Yalqızam, yanıma düşüb qollarım.
Artıq sənsizləşib ömür yollarım,
Bəs niyə unuda bilmirəm səni?
Üz-üzə qalmışam kədərlə, qəmlə,
Bacara bilmirəm mən öz qəlbimlə.
Deyəsən, taleyim küsüb mənimlə,
Bilmirəm, unuda bilmirəm səni.
Sənli xatirələr boynunu bükür,
Hicran kərpic-kərpic qəlbimi sökür.
Həsrətin gözümdən qanlı yaş tökür,
Bilmirəm, unuda bilmirəm səni.
Təklik əzabından usanıb canım,
Qırılıb ümidim, itib gümanım.
A zalım, düz sözü mən necə danım,
Vəfayam, unuda bilmirəm səni.
#03.01.2015 22:10
0
0
0
Bilmirəm, unuda bilmirəm səni Konusuna Benzer Konular
Sənin günahın deyil
28.02.2013
ALLAHın əfvi sənin günahlarından böyükdür
30.11.2013
Səni unutsam...
22.07.2009
Sen meni unuda bilmeyeceksen
23.07.2009
Bilməzdim səninçün unudulmuşam
30.09.2009
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
İzmit Su Tesisatçısı