Pendir və kələmli qızardılmış lavaş

Son güncelleme: 07.01.2015 22:05
  • noimage

    Tərkibi:
    Lavaş, kələm
    Şüyüd, keşniş
    Göy soğan
    Qırmızı acı toz istiot
    2 ədəd yumurta
    Duzlu pendir
    Qızartmaq üçün duru yağ
    Azərduz yodlu narın xörək duzu

    Hazırlanması:
    Göyərtilər və kələm doğranır, üzərinə yumurta və duzlu pendir rəndənin xırda gözündən keçirilir, duz və istiot əlavə edilir.Bunlar yaxşıca qarışdırılır. İçliyimiz hazırdır.Lavaş açılır, hər tərəfinə içlikdən səpilir və rulet formasında bükülür.Sonra bu formada istədiyimiz ölçüdə kəsirik.Tavada yağı yaxşı qızdırırıq və lavaşlarımızın hər iki üzünü qızardırıq.
    Budur, pendirli və kələmli lavaşımız hazırdır.Nuş olsun!!!
#07.01.2015 22:05 0 0 0