Səndən yadigar

Son güncelleme:
  • Səni düşünürəm yenə bu axşam
    Yenədə xəyalın gözüm önündə
    Titrək əllərindən bərk-bərk tutmuşam
    Bir sual görürəm qəmli gözündə

    noimage

    Danışır mənimlə qara gözlərin
    Çəkir ürəyimi dara gözlərin
    Bilmirəm aparir, aparır hara
    Bu sınıq könlümü hara gözlərin

    noimage

    Baxışlar buz olub dondurur məni
    Bir qış şaxtası sazağı kimi
    Gəlmişdin bir zaman sən ürəyimə
    Əbədi bir könül qonağı kimi

    noimage

    İndi xəyallarda görüşürük biz
    İndi yollarımız ayrılıb tamam
    Gülüm səndən mənə nakam sevgimiz
    Birdə göz yaşıdır yadigar qalan
0 0 0