Başımın Bəlası

Son güncelleme:
  • Daşı, divarı soyuq,
    Bir həsrət qalasısan.
    Sən sevgilim deyilsən,
    Başımın bəlasısan...

    Sən məhəbbət oğrusu,
    Bir çapqınsan doğrusu.
    Ürəyimin ağrısı,
    Başımın bəlasısan.

    Hər sözündən küsənimsən,
    Ülfəti kəsənimsən.
    sevincimə qənimsən,
    Başımın bəlasısan.

    Naçar sevgimə qənim.
    Çağır yanına gəlim.
    Segimsən, yoxsa mənim
    Başımın bəlasısan?

    İcimdə min dərdim var,
    Dərdimin əlasısan.
    Sevib könül verdiyim
    Başımın bəlasısan.

    Sən belə yaranmısan,
    Belədə qalasısan.
    Talehimə yazılmış
    Başımın bəlasısan...

    Müəllif: Nüsrət Kəsəmənli

    alıntı
0 0 0