Qurduğum xəyallar toz oldu getdi,
Gerçək ümüdlərim söz oldu getdi.
Acı talehimə şahid göz oldu getdi.
Həmdəmim qəm, kədər yadakı ölüm
Əlvida sevgilim, əlvida gülüm…
Kaş səni görməyib, kaş sevməsəydim,
Sevgimi uğruna heç verməsəydim.
Əzab çəkməsəydim, qəm çəkməsəydim,
Günahkar məncə sən, bəlkədə özüm.
Əlvida sevgilim, əlvida gülüm…
Baxdım yarıyanlar öz sevdasıyla,
Gördüm öyünənlər öz dünyasıyla.
Lənət o günümə sən başqasıyla,
Daha bacarmıram qalmayıb dözüm.
Əlvida sevgilim, əlvida gülüm…
O gündən göz yaşım axır hər gecə,
Içim alovlanır bir bilsən necə.
Sən isə bunları almadın vecə,
Yandıqca eşq olum sovrulur külüm.
Əlvida sevgilim, əlvida gülüm…
Nə edim xoşbəxt ol fani həyatda,
Gəz torpaq üstə, mən isə altda.
Son şerim, son sözüm saxla sən yadda,
Həsrətin çəkəcəm, olsada zülüm.
Əlvida sevgilim, əlvida gülüm…