Qaraciyər pirojnaları

Son güncelleme: 14.01.2015 11:38
  • Tərkibi:

    500 q qaraciyər (istənilən)
    1 yumurta
    1 soğan
    1 yerkökü
    1 diş sarımsaq
    0,5 ç.q. mərzə (mayoran)
    3 x.q. un
    duz, istiot

    iç:

    1 yerkökü
    1 soğan
    1 diş sarımsaq
    şüyüd, göy soğan
    duz, istiot
    xama
    mayonez

    Qaraciyərlə soğanı maşından keçirin, yerkökünü sürtgəcin iri gözündən keçirin, yumurta, mərzə, duz, istiot əlavə edin. Yaxşıca qarışdırın. Tavada yağı qızdırın. Qarışıqdan qaşıqla götürüb qaynar yağa qoyun, azca yayın, hər iki üzünü qızardın.

    iç:
    yerkökünü sürtgəcin iri gözündən keçirin, soğanı kubik doğrayın, qovurun. Xama, əzilmiş sarımsaq, duz, istiot vurun, qarışdırın.

    Bir "kotlet" götürüb üzərinə iç qoyun, azca doğranmış göy soğan səpin, ikinci "kotleti" üzərinə qoyub mayonez və şüyüdlə bəzəyin.

    Nuş olsun!

    alıntı
#14.01.2015 11:38 0 0 0