Möcüzədir

Son güncelleme:
  • Anladım ki, düşünəndə bir anlıq,
    Dünya, cahan, yer üzü möcüzədir.
    Günəşli bir səma, ya da qaranlıq,
    Yerin gecə-gündüzü möcüzədir.

    Günəşə, həm də ki, aya baxanda,
    Ulduzları saya-saya baxanda,
    Allahın verdiyi paya baxanda,
    Gördüm ki, dünya özü möcüzədir.

    Ayşə, sözün gərək ki, qoysun izi,
    İndi bir az zaman korlanıb düzü,
    Düz deməyib yalan deyirlər sözü,
    İnsanın bir düz sözü möcüzədir.

    alıntı
0 0 0