Yemək arası çərəzlər hər birimiz üçün qaçılmazdır. Səhər yeməyindən günorta yeməyinə, günortadan isə axşam yeməyinə qədər üçün peçenye, şokolad və ya çips, popkorn kimi çəkiyə və sağlamlığa zərərli çərəzlərə əl uzadırıq. Əslində isə bunun daha sağlam və eyni zamanda çox dadlı çərəzlərdən olan meyvə quruları və müxtəlif ləpə çeşidləri ilə əvəz etməniz məsləhətdir. Darçınlı alma çipslərini sınaqdan keçirmək istəyirisnizsə aşağıdakı resepti sizə təqdim edirik.
İçindəkilər:
– 2 ədəd böyük alma
– darçın
Hazırlanması:
Almaları nazik dilimlərə bölün. Dilimləri perqament kağızı sərilmiş qaba düzüb üzərinə darçın səpin.
Daha sonra sobanı 160 dərəcə qızdırıb sobaya qoyun və alma dilimləri quruyana və 45 dəq. ərzində yüngülvarı qızılı rəng alana qədər sobada bişirin.
Bu müddət ərzində sobanı tez-tez yoxlayın, bişmiş dilimlərin o biri üzünə çevirin. H
Yeri gəlmişkən, bu darçınlı alma çipslərini soyuduqdan sonra ağzı bağlı qabda istədiyiniz müddətdə saxlaya bilərsiniz.