Bəzən qoxusunu aldığınız ətrin sizi keçmiş xatirələrə apardığını hiss etmisinizmi? Ya da təsadüfən burnunuza gələn o ətir sizə darıxdığınız birini ya da bir məkanı xatırladıbmı? Bəli, buna yalnız sehirli parfümlər qadirdir.
Ətir seçmək geyim seçmək qədər asan olmayan, məsuliyyətli bir işdir. Ətrinizi xarakterinizə, təbiətinizə uyğun seçməyə çalışın. Çünki o, sizin haqqınızda çox şey danışa bilər.
Bədənimizin ən böyük düşmanı stress olduğunu yəqin ki, hamımız bilirik. Bu vəziyyətdə özünüzə bir yaxşılıq edin və ruhunuzu bərpa edən, sizi canlandıran, sizə uyğun düzgün parfümü seçin. Seçiminizi asanlaşdırmaq üçün ilin ən çox bəyənilən parfümləri və onların xüsusiyyətləri ilə tanış ola bilərsiniz.
“Sospiro Accento”- yasemən, iris, meyvə, çiçək, vanil və ədviyyatlı notlar ardıcıllıqla qəlbinizə toxunacaq. Baxmayaraq ki, bu ətir bütün fəsillərdə rahatlıqla istifadə oluna bilir, bununla belə onu qışda istifadə etməyiniz daha məqsədəuyğundur.
“Knot By Bottega Veneta”- Italyan sahillərindən ilham alınan təravətli çiçək, sitrus notları ilə dolu zərif bir ətirdir. Üst notlarda naringi, portağal çiçəyi, lavanda, qızılgül və pion hiss olunduğu qədər, alt notları isə müşk və tonka bəziyir.
Məstedici qoxusu ilə “Black Opium by YSL” paçuli, vanil, qəhvə, yasəmən, portağal çiçəyinin əsrarəngiz qarışığını özündə əks etdirir.
Ənənəvi ingilis brendi olaraq Jo Malone London “Wood Sage & Sea salt” ətrini yaradarkən Britaniya sahillərinə istinad edib. Bu parfüm qayalara çırpınan dənizin duzlu qoxusu ilə birləşən adaçayı və greyfrut tərkibli olub, insana özünü dəniz sahilində hiss etdirir.
“Tom Ford” – bir sözlə desək, hər zaman klassik ətriyyat tərkibini qoruyub saxlamaqdadır. Bu dəfəki “Patchouli Absolu” ətrinin isə ürəkləri fəth etmək üçün 3 səbəbi var: paçuli yağı, bütünlükdə paçuliyə aid hər şey və “clearwood” kimi tanınan (dəfnə yarpağı, tonka paxlası, rozmarin, müşk) üst notları təşkil edir.
Şaxtalı qış günlərində sizə yazı xatırladacaq ətri axtarırsınızsa növbəti seçimimizlə tanış olun. Delfina Delettrez tərəfindən yaradılan “Fendi Furiosa” ətrini ağ çiçəklərin ürəyi adlandırmaq olar. Zərif çiçək ətirləri, bergamot- hamısı bir arada..