Boşuna

Son güncelleme:
  • Nə yuxu görəydim,axı,nə yatdım,
    Keçirdim beləcə yaşı boşuna...
    Bu necə qədəmdi,bu necə addım,
    Mən ki heç atmazdım daşı boşuna...

    Bir uzun yol gəldim,dosta çıxmadım,
    Qaldım da o köhnə yasda,çıxmadım.
    Yenə bu sevdadan usta çıxmadım,
    Yenə naşıymışam,naşı,boşuna...

    Özünü qurşadı yeli könlümün,
    Üzüldü hər yerdən əli könlümün.
    Elə,xəyalları dəli könlümün,
    Elə,gözlərimin yaşı boşuna...

    Bir yığın dərd buldum,davası çatmır,
    İşə bax,dərdin də nəfəsi çatmır...
    Başımın tək bircə havası çatmır,
    Yamanca buraxdım başı boşuna...

    Sevirdin,gəlirdi xoşuna,çək də,
    Çək də bu əzabı boşuna, çək də...
    Ölüm şərbəti tək başına çək də,
    Ya da sal içinə,daşı boşuna..

    alıntı
0 0 0
```[cite: 10]