Bayquşun nəsihəti

Son güncelleme:
  • Bütün heyvanların və quşların dilini bilən Süleyman peyğəmbərlə (ə) bayquş arasında hikmət dolu bu dialoqun yaşandığını rəvayət edirlər.

    - Niyə buğda yemirsən?

    - Adəm əleyhissalam ona görə cənnətdən çıxarıldığı üçün.

    - Niyə su içmirsən?

    - Nuh əleyhissalamın qövmü suda boğulduğu üçün.

    - Niyə həmişə xarabalıqlarda olursan?

    - Xarabalıqlar Allah-təalanın mirasıdır.

    - Niyə evlərin üstündə ulayırsan?

    - İnsanlara xəbərdarlıq etmək üçün. Bu qədər təhlükə içərisində ikən necə də qəflətdə yatırlar.

    Belələrinin vay halına!

    - Gündüzləri niyə gizlənirsən?

    - İnsanlar mənə zərər verə bilər.

    - Uladığında nə deyirsən?

    - Allahı mədh edir və bunları deyirəm: “Ey qafillər, çıxacağınız uzun səfər üçün azuqə hazırlayın!”

    alıntı
0 0 0