Gecələr şam kimi əritdin məni
Gündüzlər yol üstə qurutdun məni
Gözlədə gözlədə,çürütdün məni.
Örtülü dəftərim bağlı kitabım
Mən sənin qəlbinə necə yol tapım?
Tufanmı qaldırım,mehəmi dönüm
Yağışmı yağdırım şehəmi dönüm
Qulamı çevrilim şahamı dönüm,
Çəmənim,çiçəyim,gülüm,gülabım,
Mən sənin qəlbinə necə yol tapım?