Salam olsun

Son güncelleme:
  • Salam Allahın adıdır
    Alanlara salam olsun
    Qəlbi Allah eşqi ilə
    Vuranlara salam olsun

    Halım əhvalım düzəldi
    Qəlbimdə biri özəldi
    Sevmək sevilmək gözəldi
    Sevənlərə salam olsun

    Düşün axirət sonunu
    Pisdi xəyanət oyunu
    Mərd kimi sevgi yolunu
    Gedənlərə salam olsun...

    Muxtarov Araz.

    alıntı
0 0 0