Meyvə şirəsi zərərlidirmi?

Son güncelleme:
  • Təzə, ləzzətli meyvə şirəsini qurtumlayaraq içmək həyatın ən böyük zövqlərindən biridir. İnanılmaz faydaları olan meyvə şirələrini içmək insan bədənini vitamin, mineral, xərçəng əleyhinə antioksdantlarla zənginləşdirir.

    Ancaq meyvə şirələrinin zərərli ola biləcəyi ilə bağlı yeni fikirlər irəli sürülüb.

    Meyvə şirələrinin artıq çəki, ikinci dərəcəli diabet və bəzi əqli problemlərə qismən təsir edəcəyi deyilir.

    İddialara görə, şirəçəkənlər meyvə şirəsinin bütün faydalarını qismən azaldır. Liflə zəngin olması meyvələrin ən faydalı yönüdür. Bağırsaqda faydalı bakteriyanı artıraraq bağırsaq xərçəngi və qəbzliyin qarşısını alır. Şirəçəkənlər isə meyvələrin lifini yox edir. Meyvələr şirəçəkənə atılmaq üçün doğrandığında tərkibindəki faydalı qida maddələri yoxa çıxır.

    Manqo, kivi, qarpız, ananas, çiyələk doğrandığında tərkibindəki C vitamini itir.

    Meyvələrin doğranması əqli və arteriya sağlığına faydalı antioksidanların üstünlüyünü azaldır.

    Meyvələr bütöv halda yeyilərkən çeynəmə, udma mexanizmi sayəsində tərkibindəki 200 kalorini yandırmaq mümkündür. Ancaq şirə halında içilməsi kalorini yandırmağı mümkünsüz edir.

    Meyvə şirələrinin soyuducuda saxlanıb içilməsi ikinci dərəcəli diabetə səbəb ola bilər. Odur ki, şirəni hazırladıqdan dərhal sonra için.

    Turşu tərkibli meyvə şirələri soyuq şəkildə və çox içildiyində dişlərin mina qatını zədələmiş olur. Buna görə meyvə şirələri içərkən çöp istifadə etməyi unutmayın. İçdikdən sonra dişlərinizi dərhal fırçalamayın.

    Gün ərzində 125-ml dən çox içməyin.

    Şirəçəkən əvəzinə blendr istifadə etməniz məsləhət görülür.

    alıntı
0 0 0