Bu gün yenə dara cəkib sinəmi,
Gəldi sənə hardan ayrılıq dəmi,
Əsli belə alovladı Kərəmi,
Səndə məni alovlama dağlama,
Hansı üzlə sən deyirsən ağlama…
Məcnun yalan oldu mənim yanımda,
Məhəbbətin sədası var canımda
Yarı yolda qoyub məni sonunda ,
Deyirsən ki ürəyində saxlama,
Hansı üzlə sən deyirsən ağıama….
Yalanlar var söhbətində sözündə ,
Nakam eşqi eks etdirdin gözündə,
Qoyub məni indi,həsrət icində ,
Yazırsan ki,mənə ümüd bağlama,
Hansı üzlə sən deyirsən ağlama…
Get yaxşı yol,yollar acıq yol sənin
Xatirələr olub sənnəndə mətin ,
Unutmaki səni sevən aşiqin ,
Yoxdu daha day onu soraqlama ,
Hansı üzlə sən deyirsən ağlama…