Bəzən namaz qılan zaman insanın diqqəti yayınır, dünyəvi işlər barədə fikirləşməklə məşğul olur.
Bu, bəyənilməz haldır.
Bunun qarşısını almaq üçün namazın əhəmiyyəti barədə dərin düşünmək, namazda oxunan sözlərin tərcüməsini bilmək və bunların haqqında fikirləşmək, Allahın qarşısında olduğunun və ona ibadət etdiyinin fərqində olmaq çox faydalıdır.
Əlbəttə, namazda fikrin qarışması və dünyəvi işləri düşünməsi bəyənilməz hal olsa da, namazı batil etməz.