Məni sevə bilərsən?

Son güncelleme:
  • Dinləyərsən sənə ürək sözüm var,
    Qorxuram deyərəm,çıxıb gedərsən.
    Ürəyimi sənə verdim nazlı yar,
    Söylə görüm məni sevə bilərsən?

    Heç bilmədim necə bağlandım sənə,
    Sanma bir gün mənim üçün bitərsən.
    Mən sənə etirafımı elədim,
    İndi sən de,məni sevə bilərsən?

    Gözəl gözlər aldı mənim canımı,
    Çox naz etmə,məni dəli edərsən.
    Mən sevirəm sənin kimi xanımı,
    Bir de görüm,məni sevə bilərsən?

    Sənə sevgim əbədidir,təmizdir,
    İki gözün gördüyü tək gözəlsən.
    Naz-işvənlə yaxma sınıq könlümü,
    Cavabın nə?,məni sevə bilərsən?

    alıntı
0 0 0