Ürək xəstələrinə twitter diaqnozu

Son güncelleme:
  • Twitter sosial şəbəkəsi ürək-damar sistemi xəstəlikləri barədə daha çox informasiya verə bilər, nəinki digər faktorlar.

    Melburn Universitetinin tədqiqatçıları belə bir faktı ortaya çıxarıblar. Sən demə, mikrobloqlar cəmiyyətdəki psixoloji ab-havanın əksidir.

    Tvitlərdəki mənfi emosiyalar, qəzəb, stres, yorğunluq onları yazan insanın ürək-damar sistemindəki xəstəliklərdən xəbər verir. Müsbət emosiyaları əks etdirən tvitlər yazan insanlarda isə ürək xəstəlikləri riski yoxdur.

    Maraqlıdır ki, neqativ emosiyalarla dolu insanlar adətən ürək xəstəliklərindən dünyalarını dəyişirlər.

    Alimlər 2009-2010-cu illər ərzində yazılmış tvitləri araşdırıblar və emosional lüğət hazırlayıblar. Onlar tvitlərdə istifadə edilmiş sözləri analiz ediblər. İnsanların emosional vəziyyətləri ilə fiziki sağlamlıqları arasında bağlılıq aşkar ediblər.

    alıntı
0 0 0