Niyə yaşayırıq

Son güncelleme:
  • Niyə görə yaşayırıq?
    Haqqsızlığı görməyəmi?
    Günah edib ölməyəmi?
    Sünni Şiə din ayrımı
    Dinimizi bölməyəmi gəlmişik?
    Niyə görə yaşayırıq?
    Ürəkləri qırmağamı?
    Gücsüzləri vurmağamı
    Sevgi qədri bilmiyəni,
    dəyərsizi,şərəfsizi
    sevməyəmi gəlmişik?!
    Niyə görə yaşayırıq?
    Dünya boşmu qalmasın?
    Düşüncələr sıxdı məni
    Dost zərbəsi yıxdı məni
    Xəyanətin acısını
    İllər boyu yaşamışam
    Niyə görə yaşayırıq?
    Öləcəyik əvvəl axır
    Hər gün nəfəs almağımın
    Bu həyatda qalmağımın
    Zərəri çox xeyirinnən
    Günahlarla yaşayırıq

    Muxtarov Araz

    alıntı
0 0 0