- yalvarıram,mənə qulaq as,bu..bu sadəcə bir dəfə olub..yəni onu heç sevmirəm də..sadəcə bir neçə dəfə danışmışam vəssalam..
- vəssalam?! - yəni demək istəyirəm,o bir gecənin heç bir mənası yox idi..
- ürəyimi bulandırırsan..!
Rəna dəli kimi bir otaqdan başqa otağa keçir,otaqda mənasız mənasız fırlanıb yenidən dəhlizə çıxırdı.
- mən səni sevirəm..ancaq səni..
Rəna dayandı..arxaya çönüb əlliəri ilə Xalidin sinəsindən vurub arxaya itələdi:
- kəs səsini,alçaq! mənim adımı ağzına alma! bu evdə sənin varlığını xatırladan hər şeyini elə özün məhv elə getməzdən əvvəl! əllərimi kirlətmək istəmirəm! niyə?! hə?! niyə axı? niyə,niyə,niyə?!!!
- sənlik heçnə yox idi,sən hər zaman mükəmməl olmusan..mən sadəcə..özümü biraz..necə deyim..
- nə?! özünü nə?!cavab ver! nədir,özünü yaşlı hiss edirdin?! ya baxımsız?! daha çox sevgi istəyirdin,ya daha çox nəvaziş?! özünü daha çox özəl ,xüsusi hiss etmək?! diqqət mərkəzində olmaq,nə,nə?!! bütün bunların on qat artığını hiss edirəm mən illərdir! amma bunları unutmaq üçün gedib kimləsə yatmıram! çünki ailəm var deyirəm,övladlarım var,məni sevən biri var,sevdiyim biri var!!
- Rəna..
- rədd ol,çıx get evimdən..yoxsa uşaqları da götürüb özüm gedəcəm..üzünü gördükcə sənə toxunan əllərimdən iyrənirəm..çıx get!
Xalid başa düşürdü ki,edə biləcəyi heçnə qalmayıb..hər şey,bütün illər,bütün sevgi,bütün hörmət 40 dəqiqə əvvəl Rəna onu başqa bir qadınla parkda gördüyü an bitmişdi..qışın qəddar küləyi üzünə qar dənəciklərini çırpdıqca, Xalid bütün baş verənlərin hiss etdirdiyi peşmanlıq hissini üzündəki ərimiş qar dənəciklərinin suyuna qarışan göz yaşlarında boğmaq istəyirdi..