Həzrəti Əli iki Fatimə Arasında

Son güncelleme:
  • Biz Rəsulullahın (s.ə.s.) həyatından qayınatanın qızına və kürəkəninə münasibətini gördük. Həzrəti Əlinin (r.a.) həyatından da oğulun həyat yoldaşı ilə ana arasındakı mövqeyinə qısa nəzər salaq. Həzrəti Əli ev işlərini həyat yoldaşı Fatimə ilə anası Fatimənin arasında bölmüşdü. Çöl işlərinə ana baxır, evə su daşıyırdı; əl dəyirmanında dən üyütmək, çörək bişirmək, xörək hazırlamaq işləri isə Fatimeyi Zəhra anamızın vəzifələri idi.

    Həzrəti Əli vəzifələri elə bölmüşdü ki, anası Fatimə ilə xanımı Fatimə hər biri öz işi ilə məşğul olur və səmimi atmosferdə yaşayırdılar. Gəlin Fatimə də qayınana Fatiməni öz anası, qayınana da gəlinini övladı kimi sevirdi.


    Peyğəmbərimizin örnəyi

    Bir gün Rəsulullahın (s.ə.s.) qızı Ruqiyyə atasına əri Həzrəti Osmandan şikayət edir. Qızının şikayətini dinləyən Rəsulullah (s.ə.s.) belə deyir:

    - Ey qızım, əgər Allah-Təalanın rizasını və mənim rizamı qazanmaq istəyirsənsə, bir an belə dayanma, evinə get, Osmandan üzr dilə, onunla barış. Yoxsa, nə Allah qatında, nə də mənim hüzurumda yerin qalar.

    Rəsulullah qızı Ruqiyyəni ər evinə qaytarır.
    Əlbəttə, bu cür əxlaq üzərində qurulmuş ailə dağılmaz. Çünki gəlin də bəlli, onun həyat yoldaşı da, qayınata da. Onları birləşdirən mənəvi tellər o qədər güclüdür ki, bu cür kiçik incikliklər heç bir sarsıntıya səbəb ola bilməz.

    Rəsulullah (s.ə.s.) öz qızını da yaxşı tanıyır, onun əri Həzrəti Osmanı da. Ona görə də qızına tövsiyə edir ki, evinə dönsün və ərindən üzr istəyib barışsın.

    Rəsulullahın (s.ə.s.) bu gözəl davranışı əsrlər boyunca İslam dünyası üçün örnək olmuşdur. Amma bu heç də o demək deyil ki, boşanmaq olmaz. Əgər anlaşma mümkün deyilsə, tərəflər bir-birinin həyatını zəhərə döndərirlərsə, əlbəttə, bu halda boşanmaq doğru seçimdir.

    alıntı

    https://www.main-board.com/azerbaycan-heyat-terzi/794421-nece-olur-ki-sevgi-nifrete-donur.html#post5182429
0 0 0