Axı o da adi bir insandı

Son güncelleme:
  • Əslində Mən (Roman) - Axı o da adi bir insandı.

    19 noyabr – həyatımı dəyişən o gün.
    Səhər yenə deyinə-deyinə yuxudan qalxıb məktəbə getmişdim. Sinifdə, daha doğrusu sinifyoldaşlarımda bir dəyişiklik hiss etdim. Oğlanların hamısı həyəcanlı idi.
    - Kənan (sinifyoldaşım) , nə olub ki, belə həyəcanlanmısız birdən-birə?
    - Aydın o biri sinifə təzə qız gəlib.
    - Burda nə var ki, gəlib, gəlib də?!
    - Necə nə vare? Qızı görsən ürəyin gedəre.
    O an özümdən asılı olmadan qəh-qəhə çəkib güldüm.
    - Ehh, Aydın sənin başın çatmır, getdim mən.
    - Qaça-qaça Kənan, qaça-qaça get.

    Hərdən lap fikir götürür məni vallah. Bu nə şorgözlükdür qardaş? Təzə qız gəlib, hə nolsun? Qız gözəldi lap, aha, daha nolsun? Guya qızın əl-ayağına düşəndə nə dəyişir? Qız həmən an vurulur sənə, sevir səni? Nə şorgöz adamlar vare. Mənə şəxsən təzə gələn qız maraqlı deyildi. Qızdı da, digərlərindən nə fərqi ola bilər ki? Nəysə, mənə qalan elə telefonumdakı mahnılar və qulaqcıqlarım olacaqdı.

    Qulaqcıqları taxdım və kapüşonumu başıma keçirib gedib ən arxa partada əyləşdim. Hə bu arada bizim məktəbdə geyimə o qədər də önəm vermirdilər. Əsas geyim ağ-qara idi, amma üzərindən əlavə nə istəsən geyə bilərdin. Mənim təkliyim hər şeyim idi. Anlaşılmadığım bir mühitdə olmaqdansa özümələ tək qalmağı daha üstün tuturdum. Başımı parta üzərinə qoyub bir-bir mahıları dinləməyə başladım. Mən daha çox, Qaraqan, Əli Xəyyam bir də Okaberi dinləyirdim.

    Həqiqətləri musiqi vasitəsilə deyirdilər, çünki. Musiqiyə o qədər qapılmışdım ki, bir də gördüm kimsə ehmalca məni silkələyir. Başımı qaldıranda sinifi uşaqla dolu gördüm. Deyəsən 2 sinif birləşmişdik. Qulaqcıqları çıxarıb üzümü çevirdim ki, görüm məni oyadan kimdir. Yerimdə donub qaldım. Bu yuxumuydu? Gözlərimi ovuşdurdum yenidən yumdum-açdım. Yox, heç nə dəyişmədi eyni mənzərə idi. Niyə donub qaldım ki, belə?
    Axı o da adi bir insandı.

    alıntı
0 0 0