Spritsen peçenyeləri

Son güncelleme:
  • Tərkibi (8 pay):

    380 q kərə yağı
    1 yumurta
    200 q şəkər pudrası
    5 q duz
    15 q vanilli şəkər
    500 q un


    1 yumurta və kərə yağını mikserlə köpüklənincə çalın.

    Şəkər pudrası, duz, vanilli şəkər əlavə edib yenə çalın.

    Un qatın, taxta lövhənin üzərində əlinizlə yoğurun. Ələ yapışan kütlə alınacaq.

    Xəmiri konditer torbasına yığın, iri "açıq ulduz" ucluğunu taxın (kiçik olsa, xəmiri sıxmaq çətin olacaq).

    Siniyə perqament döşəyin, konditer torbasını sıxaraq ziqzaq formasında, 5 sm enində şəridlər çıxarın.

    175-180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə, açıq-qızılı rəng alanadək bişirin.

    Peçenyeni dərhal çıxarın, 2 dəqiqə müddətində paylara bölün.

    Soyudun. İstəsəniz, şokolad qlazuruna batıra bilərsiniz.

    Nuş olsun!

    alıntı
0 0 0