Google'un gəlirləri artıb

Son güncelleme:
  • 2014-cü ilin dördüncü rübünün nəticəsinə görə Google internet şirkətinin xalis mənfəəti 4,76 milyard dollar (1 il bundan əvvəl 3.38 milyard dollar olub ) təşkil edib.

    Hesabat dövründə gəlirin həcmi 15 faiz artaraq 18,1 milyard dollar olub. Şirkətdən bildirilib ki, gəlirin 69 faizi Googleun əsas saytının payına düşür.

    2014-cü ilin dördüncü rübündə reklam klikinin orta dəyəri 3 faiz azalıb.

    Google Inc. dünyanın ən populyar axtarış sisteminə malik ABŞ-ın internet korporasiyasıdır.
    ComScore analitik şirkətinin statistikasına əsasən, 2013-cü ilin nəticəsinə görə, Google şirkəti qlobal axtarış bazarının 62.8 faizinə nəzarət edir.

    Google internet axtarış sistemindən başqa, YouTube videohostinqi, Gmail poçt xidməti, Google+ sosial şəbəkəsinə malikdir.

    Şirkət mobil qurğular üçün Android mobil əməliyyat sisteminin istehsalçısıdır. Şirkətin kapitallaşması 346,4 milyard dollar təşkil edir.

    alıntı
0 0 0