Elə sil elə get ki tozun qalmasın

Son güncelleme:
  • Gedərəm deməklə qorxutma məni,
    Qorxmaram onsuz da bu ilk deyil ki,
    Qururumu sindirib,qal demərəmki
    Gedirsənsə. Ardında izin qalmasın!
    Elə sil,elə get ki,tozun qalmasın!

    Bəzən düşünürəm kimə pis oldum?!
    Nə günah etmişdim ki, sən mənim oldun?!
    Sanma gedirsən deyə mən bədbəxt oldum.
    Gedirsənsə.Ardında izin qalmasın!
    Elə sil,elə get ki, tozun qalmasın!

    Necə gəlmişdinsə elə də rəddol!!!
    Ürəkdən demirəm,ama xoşbəxt ol.
    Artıq həyatımdan,məndən uzaq ol!
    Gedirsənsə.Ardında izin qalmasın!
    Elə sil,elə get ki,tozun qalmasın !

    Bağışladı məni deyə düşünsən.
    İstəmirəm mən çəkəni,sən də çəkəsən.
    Bəlkə çox gec olmadan çıxıb gedəsən?
    Gedirsənsə...Ardında izin qalmasın!
    Elə sil,elə get ki, tozun qalmasın!

    Bundan sonra həyatda uğurlar sənə!
    Məndən isə son söz ƏLVİDA sənə!
    Bu son məsləhətdi deyirəm sənə.
    Gedirsənsə.Ardında izin qalmasın!
    Elə sil,elə get ki,tozun qalmasın!

    alıntı
0 0 0