Vaqif Səmədoğlu - Bir Gün Dəli Olacağam

Son güncelleme:
  • Bir gün dəli olacağam,
    İcazə versələr əgər.
    Gedəcəyəm baş götürüb
    Evimizdən səhər-səhər...

    Söysələr də, öz-özümə
    Ürək verib susacağam.
    Söyüşləri yaxam üstən,
    Orden kimi asacağam.

    Səni deyib yer üzünü
    Qapı-qapı gəzəcəyəm.
    Qürbətə, qapısız vətən,
    Görən necə dözəcəyəm?

    Yox, görürəm bu dünyada,
    Mənə bir kəs gülməyəcək.
    Qorxu tutmuş əllərimdən,
    Dəlilik də gəlməyəcək.

    Bu otaqda qalacağam
    Vicdanımla təkbaşına,
    Bircə ümid bəsləyərək
    Dost-aşnanın göz yaşına.

    Ana yurdum, torpağında
    Bir ləpir izim qalmadı.
    Doğuldu, öldü şairin,
    Sənin xəbərin olmadı.

    alıntı
0 0 0