Daha mən heç kimə inanmayacam

Son güncelleme:
  • Bilirsən, bugün bir qərara gəldim.
    Bütün fikirləri qarşıma sərdim
    Axırki belə bir qərarı verdim
    Daha men heç kimə inanmayacam

    Tanışa köməkcün başın qarışır
    Baxırsan tanışda sənlə yarışır
    Hər kəs mənafei üçün çalışır
    Daha mən heç kimə inanmayacam

    Gözünə baxırsan gözlər aldadır
    Sözünə baxırsan sözlər aldadır
    Baxırsan deyirsən düzlər hardadır
    Daha mən heç kimə inanmayacam

    Yoldaşda yoldaşı aldadır dünya
    Qardaşda qardaşı aldadır dünya
    Kiminin gözləri gözlər gözləyir
    Bilməyir gözləri hardadır dünya
    Daha mən heç kimə inanmayacam

    Inanmaq insanı gözsüzdə qoyar
    Həqiqət önundə sözsüzdə qoyar
    Cox inam insanın dərisin soyar
    Daha mən həç kimə inanmayacam.

    alıntı
0 0 0