Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 8 Ay 22 Günden beri Online
Konu
İçerik
Üye
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Kağız Ürəyim
Kağız Ürəyim
137
Son güncelleme:
02.02.2015 17:00
BiR-DOST
Bu səfər qəlbimə elə dəymisən,
Ürəyim səninlə barışan deyil.
Hər gecə şəklimlə danışsan belə,
O şəkil dil açıb danışan deyil…
Kağız ürəyimi ələ alarsan,
O sənə peşmanlıq gətirər ancaq.
Nə qədər səsləsən, çağırsan belə,
Xəyallar özünü yetirər ancaq.
Siqaret tüstüsü, acı göz yaşı,
Dumanlı-çiskinli hala düşərsən.
Heç nəyin fərqinə varmazsan o an,
Qabağa gedərsən, "dala düşərsən"
Anidən ayılıb azan səsinə,
Ətrafa baxarsan, çölə baxarsan.
Güzgü qarşısında dururmuş kimi,
Üstünə tökülmüş külə baxarsan…
Əlini gətirib boyun ardına,
"Səni görməliyəm" deyib durarsan.
Məni qabağında görürmüş kimi,
Başını aşağı əyib durarsan…
Bunu mən demirəm, ürəyim deyir,
Səndən inciyən də, küsən də odur.
Mən başa düşmürəm ürəyimi də,
Adın səslənəndə əsən də odur.
Bir kərə, "bağışla" desəydin, mənə,
Hər şey də tam fərqli ola bilərdi.
Zərrəcə məhəbbət görsəydi səndə,
Kağız ürəyim də dilə gələrdi…
Elkin Kərimli
alıntı
#02.02.2015 17:00
0
0
0
Önceki Konu:
Ən gözəl nemətlər kimin üçündür
Sonraki Konu:
Alma çayı ilə öskürək və bəlğəmə son
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
Main-Board
izmit tıkanıklık açma