Mark Levin Aforizmləri

Son güncelleme:
  • Bayağılıq insanın özünün anlamadığı hər şeyə nifrətlə yanaşma qabiliyyəti ilə səciyyələnən xəstəlikdir. Bu bayağılığın dərinliyi də o adamı heyrətləndirən faydasız və dəyərsiz əşya və hadisələrin çoxalmasıyla artır.

    Söyüşlər nitqinizin təsviri vasitəsinə çevrilibdir.

    Ədəb cinsiyyətsizdir. Nəzakət seksualdır.

    İspanlar həmişə qüssəli ehtiras haqda mahnı oxuyar, ruslar isə ehtiraslı qüssə haqda.

    Sevgi haqda gözəl danışa bilən sevgisi xatirələrə çevrilmiş şəxs ola bilər. Sevgi haqda o kəs inandırıcı danışar ki, sevgi onda duyğusallığı dalğalandırıb. Ürəyi sevgi ilə yaralanan isə sevgi haqda heç danışmamalı, susmalıdır.

    Duyğusallığı coşduran qadın bədəninin gözəllikləri sadəcə mətbəx qoxularıdır: ac olanda iştahlandırır, tox olanda iyrəndirir.

    Aşıq qadın üçün vurulduğu kişi istisna olmaqla bütün başqa kişilər sadəcə insandırlar: qadın üçün kişi odur. Aşiq kişi üçün isə onun vurulduğu qadından başqa bütün qadınlar sadəcə qadındır, sevdiyi qadın isə insandır.

    Biz pis olanda kiçik əclaflıqlarla kifayətlənirik, yaxşılaşdığımızda adam öldürməyə gedirik.

    Anlayın ki, bizi idrakın məkrliyi, hiyləgərliyi, əclaflığı deyil, Qəlbin İnsanlığı, Ədaləti və Alicənablığı hiddətlənməyə, qəzəblənməyə, etiraz etməyə, coşmağa və qisasla dolu azğınlaşmağa məcbur edir. Anlayın, Peyğəmbərlər bizim insani qəlblərimizin mexanizmidir.

    Bu yelləncək mexanizmidir, Ruhun Alicənablıq tərəfə ən güclü qalxışından sonra ən güclü uçuş Heyvan Qəzəbi tərəfinə yönəlir. Ruh yelləncəyini insanlıq tərəfə qaldırmaq istəyi və bundan da daima nəticə kimi çıxan heyvanlıq tərəfə uçuş möcüzəvi və eyni zamanda qanlı zolaq kimi bütün bəşər tarixindən keçir.

    Görürük də ki, elə həmin o son dərəcə qızğın dövrlərdəki güclü və hərəkətlərdə gerçəkləşən Ruh və Ədalət tərəfə qalxışlar bizə xüsusilə qorxunc gəlir ardınca misli görünməmiş qəddarlıq və şeytani pisliklərin gəlişinə görə…

    Tərcümə: İlahə Ucaruh

    alıntı
0 0 0