Dedilər çəkmişəm bu şəkli ruhən

Son güncelleme: 03.02.2015 13:17
  • Soruşdum,ruhumuz hansı rəngdədir?
    Dedilər ki,onun olarmı rəngi!
    Axı mümkün deyil,o görünməyə,
    Axı təmizliksə ürək ahəngi!

    Ağdır,sübhdən yağan ilk qara bənzər,
    Aldır, buludlarda nurtək görünər!
    Yaşıl ilmələri işiqda süzər,
    Sözlər sətirlərdə nəqşə bürünər!

    Düşündüm,bir gözəl tablo yaradım,
    Yağlı boya ilə çəkim onu mən!
    Gördüm,şəkildəki sevdiyim oldu,
    Dedilər,çəkmişəm bu şəkli ruhən!

    alıntı
#03.02.2015 13:17 0 0 0