Olmaz

Son güncelleme: 03.02.2015 14:05
  • Zülmətdə bəsirət gözü açdın, qara zindan
    Dos-düşmanı seçməkdə yetişdin kara zindan.

    Qeyrətliyə hörmət elədin, durdun əyağa
    Qeyrətdən uzaqları də çəkdin dara zindan

    Dünya evinin məktəbisən, kim bunu bilmir?
    Söz anladar, əlsiz, işarəsiz, kara zindan.

    Bir söz ilə təsvir edə bilməz səni insan,
    Batində cəmin oxşayır əsrar nara zindan.

    Hər kim alıb Odlar Diyarında cəmi xislət,
    Yanmaz, əriməz, salsa qərib odlara zindan

    Qeyrət, biz olan yerdə coşub qeyrətə gəldi
    Bizlər qoyan ibrətdi verir onlara zindan

    Kiçmanları düz insanı əldən sala bilməz
    Çün təslim olur birliyə qardaşlara zindan

    Dosluqsa haramdır, həzarat, dəymədüşərlə
    Kim dəymədüşərdir gətirir zinhara zindan

    Söznən danışıb anlamaq, ey Elsevər,olmaz
    Sığmaz həyatı təsvir edən əş'ara zindan

    alıntı
#03.02.2015 14:05 0 0 0