Peyğəmbər'in mərhəməti

Son güncelleme:
  • Rəvayət edilir ki, İbn Abbas demişdir: "Qureyşlilər Peyğəmbərin yanına gəlib dedilər: “Rəbbinə dua et ki, Səfanı bizim üçün qızıla döndərsin, biz də sənə iman gətirək”.

    Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “İman edəcəksinizmi?”
    Onlar: “Bəli!”- deyə cavab verdilər.

    O, Rəbbinə dua etdikdə Cəbrail onun yanına gəlib dedi: “Rəbbin sənə salam göndərir və buyurur: “İstəyirsənsə, Səfanı onlar üçün qızıla çevirim.

    Lakin bundan sonra aralarından kafir olanlara aləmlərdə heç bir kəsə vermədiyim əzabı verəcəyəm. Yaxud istəyirsənsə, onlar üçün tövbə və mərhəmət qapısını açım”.

    Peyğəmbər dedi: “Tövbə və mərhəmət qapısını onların üzünə aç!” (Silsilətul-Əhədisis-Sahiha, 3388).

    Qureyş Məkkədə məskunlaşan, Muhəmməd Peyğəmbərin mənsub olduğu ərəb tayfasıdır. Səfa isə Məkkədəki Məscidul-Həramın şərq hissəsində yerləşmiş iki təpəlikdən biridir.

    alıntı
0 0 0