Yeni bir ömür vərəqimdə

Son güncelleme:
  • Bu gün yeni həyata
    yeni addım atdım mən.
    Dönüb keçmişə baxıb,
    xəyallara daldım mən.
    Ömür pilləkəniylə
    dırmaşaraq qalxdım mən,
    Otuz yaşa çatmışam,
    Doğum günümdür mənim...

    Həyatın süzgəcindən
    süzüldüm damla-damla,
    İməklədim gah bəmdə,
    gah zilə qalxa-qalxa.
    Tutdum Anamın əlin,
    hey öyündüm Atamla.
    Otuz yaşa çatmışam,
    Doğum günümdür mənim...

    Çox şükür ki,bu günə,
    məndən sonra bir mən var.
    Onun da "Ad günü"dür
    hədiyyə eyləyib yar.
    Mənə böyük bir bəxşiş,
    bəxş edib Pərvərdigar,
    Otuz yaşa çatmışam
    Doğum günümdür mənim.

    Seymur Sönməz

    alıntı
0 0 0