Bəlkə də bir səhər sən dönəcəksən

Son güncelleme:
  • Ayrıldın mənimlə aylı gecədə,
    Darıxır ürəyim bilsən necə də,
    Ümidlə baxıram inan heçə də,
    Bələ də bir səhər dönəcəksən.

    Ürəyim elə bil qopub yerindən,
    Səndən inciməyib, inciyib məndən,
    Yanıma gəlirsən xəyalən hərdən,
    Bəlkə də bir səhər sən dönəcəksən.

    Həyatım beləcə keçir anbaan,
    Qurban elədiyim səndədir o can,
    Dumana bürünüb gözümdə hər an,
    Bəlkə də bir səhər sən dönəcəksən.

    alıntı
0 0 0