Ən ucuz kompüterin yeni versiyası

Son güncelleme:
  • Britaniyanın Raspberry Pi Foundation şirkəti populyar Raspberry Pi yığcam kompüterinin yeni modelini elan edib.

    Raspberry Pi 2 Model B adlı qurğu 900 MHs takt tezliyində işləyən dördnüvəli Broadcom prosessoru (ARM Cortex-A7) və 1 QB əməli yaddaşla təchiz edilib.

    Daxili Broadcom VideoCore IV qrafik sürətləndiricisi OpenGL ES 2.0 texnologiyasını və Full-HD formatını dəstəkləyir.

    Beləliklə, Raspberry Pi Model B+ ilə müqayisədə kompüterin məhsuldarlığı 6 dəfə artıb.

    Raspberry Pi 2 Model B yığcam kompüteri 4 USB portu, HDMI, Ethernet konnektor, audioçıxış, həmçinin microSD formatlı yaddaş kartları üçün slota malikdir.

    Əvvəlki model kimi Raspberry Pi 2 Model B qurğusunun satış qiyməti 35 dollardır, 100 min qurğudan ibarət birinci partiya artıq satışa çıxarılıb.

    alıntı
0 0 0