Bizdə ayrıldıq niyə bilmirəm

Son güncelleme: 11.02.2015 21:21

  • Biz belə ayrıldıq niyə bilmirəm
    Mən buna ayrılıq deyə bilmirəm
    Artıq bu sevgini öyə bilmirəm
    Sənin böyük sevgin yalan sevgiymiş.
    Səni görməyəndə çox odlanmışam
    Görəndə sevincdən qanadlanmışam
    Bu neçə müddətdə mən aldanmışam
    Sənin böyük sevgin yalan sevgiymiş.
    Sevirdim nə qədər sevirdim onu
    Bilməzdim ki belə olacaq sonu
    Gərək mən əvvəldən biləydim bunu
    Sənin böyük sevgin yalan sevgiymiş.
    Sən oldun eşqini dananlar kimi
    Eşqin yarı yolda qoyanlar kimi
    Həyatını saran yalanlar kimi
    Sənin böyük sevgin yalan sevgiymiş.

    alıntı
#11.02.2015 21:21 0 0 0