Sən bilməzsən

Son güncelleme:
  • Sən bilməzsən nə deməkdir
    yoxluğunla danışmaq!?
    Deyingən qarı kimi
    yoxluğunla dalaşmaq...
    Bu yoxluqda yox olmaq,
    Bu yoxluğa qarışmaq...
    Sonra da səssiz-səssiz
    yoxluğunla barışmaq...

    Sən bilməzsən necə olur
    çəkdiyim bu əzablar!?
    Bu yoxluqdan yazılıbmış
    qalaq-qalaq kitablar!
    Bu yoxluğu doldurmağa
    nə karədir şərablar?!

    Sən bilməzsən necə olur
    tənhalığı bölüşmək!?
    Sən bilməzsən necə olur
    şeirlərlə sevişmək,
    şəkillərlə öpüşmək,
    Hər gün səhər ayılanda
    yoxluğunla görüşmək!?
    Sən bilməzsən...

    Müəllif: Orxan Bahadırsoy

    alıntı
0 0 0