Yalnız səni sevmək üçün

Son güncelleme: 27.02.2015 20:32
  • Sənsiz sanki dövr etməyir qanım mənim
    Sən olmasan olmayır xoş anım mənim
    Ürək parəm nazlı yarım canım mənim
    Qalxaq göyə ulduzları dərmək üçün
    Yaranmışam yalnız səni sevmək üçün

    noimage

    Soyuq oldu həm qışım həm baharım da
    Zülmət oldu sənsiz açan sabahım da
    Getmə dayan sənsiz heçəm qal yanımda
    Gecələrdə həsrətini bölmək üçün
    Yaranmışam yalnız səni sevmək üçün

    noimage

    Gözləyirəm buralardan apar məni
    Qəm-kədərdən qurtar məni apar məni
    Gəl sevgilim öz dünyana apar məni
    Yalnız sənin qucağında ölmək üçün
    Yaranmışam yalnız səni sevmək üçün

    noimage
#27.02.2015 20:21 0 0 0
  • güzel bir şiirdi..
    teşekkürler @SU-PERISI
#27.02.2015 20:32 0 0 0