Lüğətdə «uğur, uğurlu şeyləri göstərən simvol” anlamına gəlir. Termin olaraq isə “fərqli üsullardan istifadə edərək qeybdən xəbər vermək, sirləri aşkara çıxartmaq» olaraq tərif edilir.
Quranı Kərimdə «fal' kəlməsi keçməyib. Lakin cahiliyyə adətlərindən olan şans oxları (əzlam) ilə fala baxıb qismət axtarmaqdan söz edilir və Allahın bunu qadağan etdiyi dilə gətirilir (Maidə, 3, 90).
Fal ikiyə ayrılır. Xeyri ifadə edəninə təfə'ul, uğursuzluqları ifadə edəninə isə tiyərə və ya təşə'um deyilir.
Falçılığın fərqli növləri vardır. Bu istifadə olunan əşyalara görə dəyişir.
1.Qum falı, 2. Quşların hərəkətindən nəticə çıxartmaq (zəcr), 3. Quşları uçuraraq təxminlər etmək (iyafə), 4. Göz, əl və başqa orqanlara baxaraq psixoloji vəziyyəti təyin etmək (ihtilac), 5. Çay daşları ilə fala baxmaq (tark), 6. İz araşdırmaq, ayaq izindən xarakter analizi etmək (kiyafə) və s.
Orta əsrlərdə Avropa dünyasında kristal kürə və kartlarla fala baxmaq çox məhşur idi. Bu gün isə göy cisimlərinə istinad edən astrologiya, hərf və sayların təsir etdiyinə istinad edilən numerologiya, xətti araşdıran qrafologiya fal növləri çox yayğındır.
Quranın inzalından öncə Ərəblər önəmli bir işə başlamazdan əvvəl üzərində «bu işi et və ya etmə» yazılı kəlmələrin olduğu 'fal oxları' (əzlam) deyilən çubuqlar hazırladar və onları bir torbaya qoyardılar. Sonra da bu oxlardan birini alaraq çəkilən oxun üstündə nə yazılardısa ona uyğun hərəkət edərdilər. Bundan başqa onlar bunu etməzdən əvvəl onlar üçün gələcəkdə nəyin xeyirli, nəzyin ziyanlı bildiyinə inandıqları bütlərindən yardım istəyərdilər. Allah, Ondan başqa bilinməyən işləri bilmək qabiliyyətinə sahib varlıqların olduğu inancını və bütlərə belə bir keyfiyyəti yükləməyi «şeytan işi pislik» aldandıraraq qadağan etmişdir (Maidə, 90). Rəsulullah bunun əvəzinə istixarəni tövsiyyə etmişdir. (Buhari, “Təhəccüd”, 25). Fal baxdırmağı isə şirk adlandırmışdır (Ebû Davud, 25).
Çünki, bunun kimi işlərdə insanın başına gələn yaxşı və ya pis hadisələrin Allahdan deyil, başqalarından gəldiyinə və falçıların bilinməyən şeyləri, eləcə də gələcəyi bildiyinə dair bir inanc formalaşır. Bu isə qeyb bilgisinin sadəcə Allaha aid olmadığı, Allahdan başqa bəzi insanların da bunu biləcəklərini iddia etməkdir ki, bu da İslamın təməli olan tövhidə ziddir.
Nücum elmi/Astrologiya
Nücum, lüğətdə “nəcm” kəlməsinin cəmi olub, ulduz deməkdir. Nucum elmi – ulduzlar elmidir. Termin olaraq isə ulduzların insanları və yer üzündəki hadisələrə təsir etdiyinə inanılan elm deməkdir. Dilimizdə bu, ulduz falçılığı və münəccimlik adlandırılmışdır. ərəb dilindəki nucum elmi (elmi nucum) ilə astralogiya nəzərdə tutulur.
İslam alimləri ulduzlardan, onların mövqe və mənzillərindən bəhs edən ayələri dəlil gətirərək astranomiya mənasında şərh etmişlər. Göy cisimlərinin bəlkə də insan həyatına təsiri vardır. Onların yer üzünə hər hansısa bir təsirinin olmasını mümkündür. Lakin bunları şərh edərək gələcəkdən xəbər vermək, hadisələri öncədən gördüyünü iddia etmək, bundan qazanc əldə etmək doğru deyildir. Çünki verilən məlumatlar çox halda ümumi məlumatlar olur və həqiqət olmurlar. İstənilən bürcün ulduz falını oxusanın orda özünüzə bənzər xarakterlərə rast gələcəksiniz.