Daşanda

Son güncelleme: 06.03.2015 22:05
  • Kim itirib, xoşbəxtliyi tapasan,
    Çörək deyil, yoğurasan, yapasan,
    Yetər ki, şükr edib, razılaşasan,
    Nəfsin keçib, sərhədləri aşanda

    noimage

    İnsan oğlu, niyə gileylənirsən?
    Nə ömürdür, nə həyatdır, deyirsən.
    Yalın ayaqlarına sevinərsən,
    Bir gün, ayaqsızla qarşılaşanda.

    noimage

    İnsan ol, bir az da, özünü danla,
    Hər bir acı unudulur zamanla,
    Olanlarda xeyir var, bunu anla,
    Səbrinə hakim ol, dolub daşanda.

    noimage

    Müəllif_Aygün Rəhimli
#06.03.2015 22:05 0 0 0
  • Daşanda Konusuna Benzer Konular
  • Böyle bir şey olamaz.! Hiç alakalı konu bulamadık.